Ərdoğan Putinə zəng edəcək

Baş səhifə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi, noyabrın 24-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı planlaşdırıldığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Yohannesburqda keçirilən G20 sammitindən sonra keçirilən mətbuat konfransında çıxış edən Türkiyə lideri Ukrayna Prezidenti Volodimir Zelenskinin bu yaxınlarda Ankaraya səfər etdiyini xatırladıb. “Bu həftə Zelenskini ölkəmizdə qəbul etdik və sabah Putinlə söhbət edəcəyəm. Ukrayna ilə Rusiya arasında sülh üçün bütün addımları atmağa hazırıq və bu istiqamətdə səylərin səfərbər olunduğunu elan etmişik. Ümid edirəm ki, məqsədlərimizə çatacağıq”, – deyən Türkiyə Prezidenti Kiyevlə Moskva arasında İstanbul sülh prosesinin bərpasının vacibliyini vurğulayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.