Bakı. Trend:
Argentina hökuməti Yohannesburqda keçirilən G20 sammitində qəbul
edilmiş liderlərin birgə bəyannaməsini imzalamamaq qərarına
gəlib.
Trend xəbər verir
ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bəyanatda qeyd olunur: “Argentina Yohannesburqda keçirilən G20
sammiti zamanı paylanan yekun sənədi dəstəkləməyib”.
Sammitdə Argentinanı xarici işlər naziri Pablo Kirno təmsil
edirdi.

