Bakı. Trend:
ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkov və senator Marko Rubio
ABŞ-nin Ukrayna ilə bağlı sülh planını müzakirə etmək üçün
Cenevrədə keçiriləcək görüşdə iştirak edəcəklər.
Trend-in “Reuters”ə istinadən verdiyi məlumata görə, danışıqlar ABŞ və
Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə baş tutacaq, Rusiyanın
iştirakı isə gözlənilmir.
ABŞ ordusunun katibi Daniel Driskoll artıq İsveçrəyə gəlib.
Ukrayna nümayəndə heyətinin bu axşam Cenevrəyə çatacağı
gözlənilir.
Görüş Vaşinqtonun müharibəyə son qoymaq üçün planlaşdırdığı
diplomatik səylərə hazırlıqda əsas addım kimi qiymətləndirilir.

