Bakı. Trend:
La Liqanın prezidenti Xavyer Tebas diskvalifikasiya ilə üzləşə
bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir, buna səbəb onun
“Barselona” ilə bağlı məxfi maliyyə məlumatlarını
açıqlamasıdır.
Noyabrın 21-də İspaniya İdman İnzibati Tribunalı (TAD) Tebasa
qarşı iş açıb. İttiham 2025-ci il aprelin 2-də La Liqanın rəsmi
saytındakı bəyanat vasitəsilə “Barselona” tərəfindən verilən məxfi
məlumatın ictimaiyyətə eelan edilməsidir.
“Barselona” isə Tebası məxfiliyi pozmaqda ittiham edib. Buna
cavab olaraq La Liqa rəsmi saytından və digər rəsmi kanallardan
bəyanatı silib. TAD Tebası günahkar hesab edərsə, o, ictimai
töhmətdən tutmuş 2 aydan 1 ilədək işdən kənarlaşdırılma cəzası ilə
üzləşəcək.

