“Supermen” komiksinin ilk sayı 9 milyon dollardan çox qiymətə satılıb

Baş səhifə

Bakı. Trend:

1939-cu ilə aid ilk “Supermen” komiks kitabının bir nüsxəsi
ABŞ-nin Dallas şəhərində keçirilən “Heritage Auctions” hərracında
rekord 9,12 milyon dollara satılıb.

Trend-in məlumatına görə, həmin hərracın press-relizində
bildirilib.




“Şimali Kaliforniyada yaşayan bir ailənin evinin çardağında
tapılan 1939-cu ilə aid “Supermen” jurnalının ilk sayının bir
nüsxəsi hazırda dünyanın ən bahalı komiks kitabı kimi rekorda imza
atıb”, – deyə qeyd olunub.

Hərrac evi qeyd edib ki, əvvəlki rekord 2024-cü ildə 6 milyon
dollara satılan “Action Comics” jurnalının ilk sayı ilə müəyyən
edilmişdi.