Tramp Zelenskinin razılaşma planına razılıq verəcəyinə ümid edir

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq
planını “sülhə gedən yol” kimi gördüyünü bildirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Nyu-Yorkun
yeni seçilən meri Zohran Mamdani ilə görüşü zamanı deyib.

O bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski döyüşlərin
bitməsini istəyirsə, bunu qəbul etməli olacaq.




“Bizdə sülh yolunun olduğunu düşünürük, amma Zelenski buna
razılıq verməli olacaq”, – deyə D.Tramp bildirib.

Eyni zamanda, Tramp vurğulayıb ki, Ukrayna prezidenti planı indi
tam bəyənməsə belə, onu qəbul etməli olacaq.