
İtaliyanın Baş naziri Ciorcia Meloni Avropanı ABŞ-nin Rusiya‑Ukrayna müharibəsinin bitməsi ilə bağlı səylərinin dəstəklənməsinə çağırıb.
“Report”un “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Baş nazirin Ofisi məlumat yayıb.
Qeyd olunur ki, Meloni bu bəyanatı Almaniya kansleri Fridrix Merts ilə danışıqlardan sonra səsləndirib.
“Danışıq zamanı davam edən müzakirə səylərinin dəstəklənməsinin vacibliyi vurğulandı və son məqsəd təsdiqləndi: bütün Avropanın maraqları naminə ədalətli və davamlı sülhə nail olmaq. Etibarlı təhlükəsizlik təminatlarına istinad isə məmnuniyyətlə qarşılandı”, – Ofisin Mətbuat xidmətinin məlumatda bildirilir.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

