“X” sosial şəbəkəsinin işində nasazlıq yaranıb

Baş səhifə

Bakı. Trend:

Bir neçə ölkədə istifadəçilər “X” sosial şəbəkəsi ilə bağlı
problemlərlə qarşılaşıblar.

Trend-in
məlumatına görə, bu barədə “Downdetector” servisindən
bildiriblər.




“Veb sayt bu gün açılmır. Sadəcə yüklənir və heç nə olmur”, –
deyə “Downdetector” portalında rəy yazan istifadəçi bildirib.

Təqdim olunan məlumatlara əsasən, problemlər barədə məlumat
verən istifadəçilərin 66 faizi tətbiqin işindəki fasilələr, 33
faizi veb sayt problemləri ilə üzləşib və 2 faizi serverlərə
qoşulmaqda çətinlik çəkib.