Bakı. Trend:
London “istəklilər koalisiyanın” səyləri çərçivəsində atəşkəs
əldə olunandan sonra hərbçilərini Ukraynaya göndərmək planını artıq
hazırlayıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri
Con Hili bildirib.
“Biz Ukraynada kəşfiyyat apardıq, ona görə hansı bölmələrdən
istifadə edə biləcəyimizi bilirik, onları necə yerləşdirə
biləcəyimizi bilirik və onların hansı rolu oynaya biləcəyini də
bilirik”, – Xilli Bloomberg-in sualına cavab olaraq bildirib, bu
şərh agentlik tərəfindən verilir.
Nazirin sözlərinə görə, London öz qüvvələrini Ukraynaya
göndərmək və yerləşdirmək üçün 130 milyon ABŞ dollarından çox
vəsait xərcləməyə hazırdır.

