Azərbaycan bir sıra ölkələrlə diplomatik və xidməti pasport sahiblərini vizadan azad edəcək

Baş səhifə

Bakı. Trend:

Milli Məclis Azərbaycanla bir sıra ölkələr arasında
ümumvətəndaş, diplomatik, xidməti, xidməti/rəsmi və xüsusi pasport
sahiblərinin vizadan qarşılıqlı azad edilməsi barədə Sazişləri
təsdiq edəcək.

Trend xəbər
verir ki, bu məsələ Milli Məclisin noyabrın 25-də keçiriləcək
plenar iclasının gündəliyinə daxil edilib.




Belə ki, iclasda aşağıdakı qanun layihələri müzakirə
ediləcək:

  • “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası
    Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən
    qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
    Azərbaycan Respublikası qanununun layihəsi.
  • “Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası
    Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin
    vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi
    barədə Azərbaycan Respublikası qanununun layihəsi.
  • “Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti
    arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad
    edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan
    Respublikası qanununun layihəsi.
  • “Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası
    Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza
    tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi
    barədə Azərbaycan Respublikası qanununun layihəsi.
  • “Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası
    Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin
    viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi
    barədə Azərbaycan Respublikası qanununun layihəsi.
  • “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau
    Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi
    pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında
    Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun
    layihəsi.
  • “Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası
    Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza
    tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
    Azərbaycan Respublikası qanununun layihəsi.