Bakı. Trend:
Avropa Komissiyası Rusiyaya qarşı sayca 20-ci sanksiyalar
paketinin hazırlanması üzrə işlərə başlayıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Avropa Komissiyanın nümayəndəsi
Anita Hipper Brüsseldə keçirdiyi brifinqdə bəyan edib.
“Biz Rusiyaya qarşı 20-ci sanksiyalar paketi üzərində
işləyirik”, – deyə o bəyan edib.
Brifinqdə çıxış edən Avropa Komissiyasının mətbuat xidmətinin
rəhbəri Paula Pinyu bildirib ki, Ukrayna münaqişəsi nizamlansa
belə, Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərinin
ekspropriasiyası səylərini davam etdirəcək.

