
Bakı.Trend:
Abşeronda bəzi ərazilərdə elektrik enerjisinin verilişində
fasilə olacaq.
Trend xəbər
verrir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi
(RETSİ) ərazisinə daxil olan Xırdalan şəhərində 110/35/10 kV-luq
“Əliağa Vahid” yarımstansiyasında yenidənqurma, Masazır qəsəbəsində
10 kV-luq hava xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq 21 noyabr tarixində saat 11:00-dan saat
14:00-dək Xırdalan şəhəri Hacı Zeynalabidin Tağıyev, Məhəmməd Hadi
küçələri, Heydər Əliyev prospekti, Masazır qəsəbəsində isə Cəlil
Məmmədquluzadə, Memar Əcəmi, 20 Yanvar, Koroğlu küçələrinin bir
hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət
yaranacaq.
Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən
ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

