Sumqayıtda ev yanıb, zəhərlənənlər var

Baş səhifə
Sumqayıtda ev yanıb, zəhərlənənlər var

Sumqayıtda yaşayış evində yanğın baş verib, tüstüdən zəhərlənənlər var.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 16-cı mikrorayonunda yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Yanğın nəticəsində 2002-ci il təvəllüdlü Mahmudzadə Məhyəddin Mahmud oğlu və həyat yoldaşı, 2003-cü il təvəllüdlü Mahmudzadə Xumar Elçin qızı tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Yanğının baş vermə səbəbi araşdırılır