2026-cı ildə təxminən 318 milyon insan aclıqla üzləşəcək

Baş səhifə

Bakı. Trend:

2026-cı ildə təxminən 318 milyon insan aclıq böhranı ilə
üzləşəcək

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər
Təşkilatının Ümumdünya Ərzaq Proqramının 2026-cı il üçün
proqnozlarında qeyd olunub.




Məlumatda çatışmaz­lıqlar, münaqişələr, iqlim şokları və
humanitar yardımların maliyyələşdirilməsində ciddi boşluqlar kimi
əsas risk mənbələri xüsusilə vurğulanır.

Ümumdünya Ərzaq Proqramı eyni zamanda 2026-cı ildə humanitar
ehtiyacların qarşılanması üçün 13 milyard ABŞ dolları tələb
edildiyini, lakin bu məbləğin yalnız yarısının toplanmasının
gözlənildiyini qeyd edib.