Rusiya və ABŞ yeni məhbus mübadiləsi imkanlarını müzakirə edib

Baş səhifə

Rusiya və ABŞ yeni məhbus mübadiləsi imkanlarını müzakirə ediblər.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Axios-a bildirib.

Nəşrin adını açıqlamadığı bir Amerika rəsmisi müzakirələrin müsbət olduğunu, lakin hələlik heç bir razılaşma əldə olunmadığını söyləyib.

Vəziyyətlə tanış olan Axios mənbəyinin sözlərinə görə, Rusiya yeni mübadilənin “xoşməramlı münasibət nümayiş etdirəcəyinə və ölkələr arasında etimadı gücləndirəcəyinə” ümid edir.