Bəxtiyar Aslanbəyli: “Şəfəq-Asiman” yatağında kəşfiyyatın növbəti mərhələsinə hazırlaşırıq”

Baş səhifə
Bəxtiyar Aslanbəyli: Şəfəq-Asiman yatağında kəşfiyyatın növbəti mərhələsinə hazırlaşırıq

BP

şirkəti “Şəfəq-Asiman” qaz yatağında növbəti mərhələdə kəşfiyyat işlərini davam etdirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda layihə üzrə planlama mərhələsi aparılır:

“Biz kəşfiyyat işlərinin hansı qazma qurğusu ilə həyata keçiriləcəyini və bunun digər layihələrlə əlaqələndirilməsini qiymətləndiririk. Qazma qurğusu digər layihə üzrə işlərdən azad olunduqdan sonra “Şəfəq-Asiman” yatağında istifadə ediləcək”.