WUF13 üçün nəzərdə tutulmuş məkan gələn ilin martında tam hazır olacaq

Baş səhifə

“WUF13 Bakı Olimpiya Stadionunda keçiriləcək. COP29-da əldə etdiyimiz təcrübəni WUF13-də təqdim etməyə çalışırıq. Ümumilikdə, 90 min kvadratmetrə yaxın ərazinin inşası planlaşdırılır”.

APA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov deyib.

O bildirib ki, artıq tikinti materialları bu ayın sonunda Bakıda olacaq və tikinti işlərinə başlanacaq: “Biz hesab edirik ki, mart ayının sonunda məkan tam hazır şəkildə təqdim olunacaq”, – o bildirib.