
Bakı. Trend:
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13)
təxminən 2500-ə yaxın könüllünün iştirakı gözlənilir.
Trend xəbər verir
ki, bu barədə bu gün WUF13 Azərbaycan əməliyyat şirkətinin icraçı
direktoru Adil Məmmədov diplomatik korpus üçün WUF13-ə həsr olunmuş
brifinqdə bildirib.
“Dekabrın 5-də, Azərbaycanda Könüllülər günündə, Bakıda Könüllü
Mərkəzini açmağı planlaşdırırıq”, -deyə o, bildirib.
Məmmədov qeyd edib ki, WUF13 çərçivəsində bütün sessiyaların,
dəyirmi masaların və plenar iclasların keçirilməsi üçün təxminən 90
000 kv.m müvəqqəti infrastrukturun inşa olunması
planlaşdırılır.
“Meydançanın ən vacib hissəsi – sərgidir. Onun sahəsi təxminən
35 000 kv.m təşkil edir,” – deyə o bildirib.
Qeyd edək ki, WUF13 17-22 may 2026-cı il tarixlərində Bakıda
keçiriləcək. Forum BMT-nin UN-HABITAT Proqramı ilə Azərbaycan
hökuməti əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir müxtəlif
ölkələrdən hökumət, bələdiyyə, özəl sektor, vətəndaş cəmiyyəti,
gənclər və akademik dairələr, eləcə də beynəlxalq təşkilatların
nümayəndələrini bir araya gətirəcək.


