Vətən müharibəsindən sonra daha məğrur olduq.
“Report” xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqənin “Zəfərdən Yüksəliş”ə kvizində çıxışında deyib.
“İnanıram ki, gələcək nəsil daha torpaqlarımızın işğalına imkan verməyəcək. İndi torpaqlarını işğaldan azad edən xalqlar çox azdır. Azərbaycan xalqı bunu bacardı”, – Fərhad Hacıyev deyib.
O bildirib ki, “Yüksəliş” layihəsinin əsas məqsədlərindən biri də dövlətə, Vətənə xidmətdir: “Həmçinin əsas məqsədlərimizdən biri də işıqlı insanların bir yerə yığılmasıdır”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

