Prezident İlham Əliyev: Bu gün Azərbaycan və Orta Asiya vahid geosiyasi və geoiqtisadi bölgədir

Baş səhifə

Daşkənd. Trend:

Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün Azərbaycan və
Orta Asiya vahid geosiyasi və geoiqtisadi bölgədir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Azərbaycan
Prezidenti İlham Əliyev bu gün Daşkənddə Mərkəzi Asiya Dövlət
Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.

“Azərbaycan Mərkəzi Asiya ölkələrinin məsləhət görüşlərində
üçüncü dəfədir iştirak edir”, – deyə Prezident İlham Əliyev
bildirib.

Dövlət başçısı son üç ildə Orta Asiya ölkələrinə 14 dəfə səfər
etdiyini qeyd edib.