Tokayev Azərbaycanı Mərkəzi Asiya üzrə Məşvərət Görüşlərinin tamhüquqlu iştirakçısı statusu alması münasibətilə təbrik edib

Baş səhifə

Bakı. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanı Mərkəzi
Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv qəbul etməsi münasibətilə
təbrik edib.

Trend xüsusi müxbiri xəbər verir ki, bu barədə Kasım-Jomart
Tokayev Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci
Məşvərət Görüşündə çıxışı zamanı deyib.

“Bu gün formatımıza tamhüquqlu üzv kimi qoşulmaqla bağlı tarixi
bir qərar qəbul edilib və bu münasibətlə sizi səmimi qəlbdən təbrik
edirəm. Əminəm ki, bu yeni vəzifədə Azərbaycan regional
əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verəcək”, – deyə o
bildirib.

Xəbər yenilənəcək