Ayxan Abbasov: “Futbolçuların Fransa millisinə qarşı yaxşı mübarizə aparacağına inanıram”

Baş səhifə
Ayxan Abbasov: Futbolçuların Fransa millisinə qarşı yaxşı mübarizə aparacağına inanıram

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov sabah DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa millisinə qarşı matçda futbolçuların yaxşı mübarizə aparacağını inanır.

“Report” xəbər verir ki, bunu mütəxəssis oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis heyətdə dəyişikliklər ola biləcəyini vurğulayıb:

“Evdə son oyunumuzu keçirəcəyik. Fransa yığması qrupun lideridir. Səfər matçı bizim üçün ağır oldu. Amma ilk görüşdə Fransa millisinə qarşı 70 dəqiqə yaxşı oynamışdı. Heyətdə dəyişikliklər ola bilər. Futbolçuların yaxşı mübarizə aparacağına inanıram”.

Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da start götürəcək.