Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində ikinci matçını keçirib.
“Report” xəbər verir ki, 13-cü qrupda yer alan milli Şimali İrlandiya ilə üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 1:0.
Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına böyük hesabla məğlub olmuşdu – 1:6.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

