Fransa millisi sabah DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla matçda qələbə qazanmaq üçün əlindən gələni edəcək.
“Report”un məlumatına görə, bunu Fransa yığmasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində sabah Azərbaycanla keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
O, rəhbərlik etdiyi komandanın durumunu dəyərləndirib:
“Artıq DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmışıq. Mbappedən başqa itkilərimiz də var. Buna baxmayaraq sabah Fransa millisi olaraq əlimizdən gələni edəcəyik. Çünki məqsədimiz bütün oyunlarda qələbə qazanmaqdır.
Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da start götürəcək.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

