Tokayev: Rusiya–Qazaxıstan–Özbəkistan qaz layihəsi uğurlu nəticələr göstərir

Baş səhifə

Rusiya, Qazaxıstan və Özbəkistan arasında həyata keçirilən birgə qaz layihəsi uğurla davam edir və qaz tranzitinin artırılması planlaşdırılır.

APA xəbər verir ki. bu haqda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Daşkəndə dövlət səfəri çərçivəsində keçirdiyi brifinqdə bildirib.

“Rusiya–Qazaxıstan–Özbəkistan qaz layihəsi uğurlu nəticələr göstərir. Birgə səylərlə qaz tranzitinin həcmini artırmağı planlaşdırırıq. Bundan əlavə, neft sahəsində və atom sənayesində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur”, – Qazaxıstan Prezidentinin mətbuat xidməti Tokayevin sözlərini yayıb.

Xatırladaq ki, 2023-cü ilin iyununda Özbəkistan “Qazprom”la qaz alışına dair müqavilə imzalayıb və tədarüklər həmin ilin oktyabrından başlayıb. Bu ilin 16 oktyabrında Rusiya hökuməti “Qazprom”un Özbəkistana ildə 7,7 milyard kubmetr təbii qaz tədarükü üzrə müqaviləni icra etdiyini açıqlayıb.