SOCAR və “DeGolyer and MacNaughton” şirkəti əməkdaşlıq imkanlarını müzakirə edib

Baş səhifə
SOCAR və DeGolyer and MacNaughton şirkəti əməkdaşlıq imkanlarını müzakirə edib

SOCAR-ın prezidenti Rövşən Nəcəf “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşüb.

SOCAR-dan “Report”a bildirilib ki, görüşdə şirkətlər arasında karbohidrogen ehtiyatlarının hesablanması və qiymətləndirilməsi, neft-qaz yataqlarının işlənməsi planlarının optimallaşdırılması istiqamətləri üzrə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bu xüsusda birgə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib.

Söhbət zamanı SOCAR-ın strateji hədəflərinə uyğun olaraq, həyata keçirdiyi layihələr, əldə olunan nəticələr barədə qarşı tərəfə məlumat verilib, həmçinin ehtiyatların qiymətləndirilməsi, innovativ texnologiyalar, rəqəmsallaşma istiqamətlərində yeni əməkdaşlıq imkanları müzakirə olunub.