
Fransa millisinin və İspaniyanın “Real” (Madrid) klubunun kapitanı Kilian Mbappe zədə səbəbindən DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qarşı keçiriləcək matçı buraxacaq.
“Report” xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb .
Mbappe sağ topuğundakı zədə səbəbindən oyunda iştirak etməyəcək.
Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noybarın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


