Bakı. Trend:
Hesab edirik ki, ABŞ prezidentinin iştirakı ilə Ermənistan və
Azərbaycan arasında qurulmuş sülh, regionun inkişafına töhvə
verəcək. Bizim region həqiqətən sülh kəsişməsinə çevriləcək.
Trend xəbər verir
ki, bunu Gürcüstanda rəsmi səfərdə olan Ermənistanın xarici işlər
naziri Ararat Mirzoyan gürcü həmkarı Maka Boçorişvili ilə görüşdən
sonra keçilən birgə mətbuat konfransında bildirib.
Diplomat 8 avqusta Vaşinqtonda əldə olunmuş tarixi razılaşmanın
Cənubi Qafqazda sülh üçün vacib addım olduğunu vurğulayıb.
Ermənistan XİN rəhbəri eyni zamanda Gürcüstan parlamentinin
sədri Şalva Papuaşvili ilə görüşüb. O, görüşdə Ermənistanla
Azərbaycan arasında yekun sülh sazişinin imzalanması ilə bağlı
danışıqların aparıldığını vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında əldə
olunan Vaşinqton razılaşması artıq bir sıra praktiki nəticələr
gətirib.

