
Bakı.Trend:
Azərbaycan dəmir yollarında yüklərin daha sürətli və daha
müştəriyönümlü daşınması üçün bir sıra yeniliklər tətbiq
edilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq ADY-dən
bildirilib.
Qeyd edilib ki, ilk növbədə, həm sərhəd keçid, həm gömrük, həm
də dəmir yolları prosedurlarının tətbiq edilməsi, rəsmiləşdirilməsi
üçün “vahid pəncərə” yanaşması layihəsi üzərində çalışılır.
“Layihənin hər sərhəd keçid məntəqəsində – şimal, cənub və qərb
istiqamətlərində icrası nəzərdə tutulur”,-qurumdan əlavə
edilib.


