Google-a «istifadəçiləri gizli izləmə» ittihamı ilə iddia qaldırıldı

Baş səhifə

Bakı. Trend:

Kalifornia federal məhkəməsində “Google”a qarşı
istifadəçilərinin əlavə razılıq olmadan izlənməsinə dair iddia
qaldırılıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, iddianaməyə görə, şirkətin süni
intellekt modeli “Gemini” istifadəçi məlumatlarına — “Gmail”, “Chat” və “Meet” vasitəsilə — razılıq tələb etmədən çıxış əldə
edib.

İddianamənin əsas məqamları:




“Google” ilkin mərhələdə “Gemini” xidmətini “seçim” kimi təqdim
edib; oktyabr ayında isə bu xidmətin avtomatik olaraq aktiv
edildiyi bildirilir.

İddiaçılar bu davranışı Kaliforniyanın Gizliliyə Müdaxilə
Qanununa («CIPA») zidd sayırlar. Qanuna əsasən, hər iki tərəfin
razılığı olmadan əlaqənin qeyd edilməsi və ya dinlənilməsi qadağan
edilir.

“Gemini” əvvəllər də mübahisə mövzusu olub — model səs, video,
tekst və kod ilə işləyən multimodal funksiya daşıyır və müxtəlif
ölkələrdə təhlükəsizlik riski olaraq qiymətləndirilib.