Bakı. Trend:
Pentaqon katibi Pit Heqset Qərb yarımkürəsində
narko-terrorçulara qarşı əməliyyatın başladığını elan edib.
Trend-in məlumatına görə, bu barədə Pit Heqset “X” sosial
şəbəkəsində yazıb.
“Prezident Tramp hərəkətə keçmək əmrini verib və Müharibə
Nazirliyi onu yerinə yetirir. Bu gün mən Birgə Əməliyyat Qrupu olan
Southern Spear və ABŞ Cənub Komandanlığının rəhbərliyi ilə “Southern Spear” əməliyyatını elan edirəm”, – deyə o bildirib.
O, əməliyyatın ABŞ-ı qorumaq məqsədi daşıdığını bildirib.
“Bu missiya vətənimizi qorumaq, narko-terrorçuları
yarımkürəmizdən qovmaq və vətənimizi insanlarımızı öldürən
narkotiklərdən qorumaq deməkdir”, – deyə nazir qeyd edib.

