Bakı. Trend:
Fransa milli komandası 2026-cı il Dünya Kuboku seçmə
mərhələsinin beşinci turunda evdə Ukrayna komandasını 4-0 hesabı
ilə məğlub edərək yarışın final mərhələsinə vəsiqə qazanıb.
Trend-in məlumatına görə, qolları Kilian Mbappe (55 və 83-cü
dəqiqə), Maykl Olise (76) və Uqo Ekitiike (88) vurub.
Seçmə mərhələsinin bitməsinə bir tur qalmış Fransa komandasının
13 xalı var və D qrupunda birinci yerdədir. İslandiya ikinci
yerdədir (7 xal), onun ardınca Ukrayna (7) və Azərbaycan (1)
gəlirlər.
Noyabrın 16-da keçiriləcək son turda Fransa komandası səfərdə
Azərbaycanla, Ukrayna komandası isə İslandiya ilə qarşılaşacaq.
Pley-offa vəsiqə qazanmaq üçün İslandiyaya məğlub olmamaq
kifayətdir.

