NASA Marsın maqnitosferini öyrənmək üçün iki peyk buraxıb

Baş səhifə

Bakı. Trend:

“New Glenn” raketi “EscaPADE” missiyası çərçivəsində NASA
peykini uğurla orbitə çıxarıb.

Trend-in məlumatına görə, bu barədə raketin istehsalçı şirkəti
olan “Blue Origin” bildirib.

Məlumata əsasən, həmin peyklər Marsa yaxın məkanı araşdırmaq və
planetin atmosfer və suyun yox olmasını izah etmək üçün ora
gedəcək.




Bildirilib ki, raket cümə axşamı günü Şərq vaxtı ilə saat
15:54-də Florida ştatındakı Kanaveral burnunun Hərbi Hava Qüvvələri
bazasındakı 36 nömrəli Buraxılış Kompleksindən buraxılıb.

Berklidəki Kaliforniya Universitetində hazırlanmış EscaPADE
(Escape and Plazma Acceleration and Dynamics Explorers) zondları
2027-ci ilin sentyabr ayında Mars orbitinə daxil olacaq.