Polşa XİN: Kiyev korrupsiyaya qarşı ciddi mübarizə aparmasa, Ukraynanın Aİ-yə üzvlüyü mümkün olmayacaq

Baş səhifə

Ukrayna hakimiyyəti korrupsiyaya qarşı ciddi mübarizə aparmadığı təqdirdə ölkənin Avropa İttifaqına üzvlüyü mümkün deyil.

APA xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Polsat telekanalına müsahibəsində bildirib.

“Bugünkü qonağım Ukraynanın baş nazirinin müavini Taras Kaçka idi. Mən ona bildirdim ki, Qərbin etimadını itirməyin ən asan yolu korrupsiyaya loyal yanaşmaqdır”, – nazir deyib.