Bakı. Trend:
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo DÇ-2026-nın seçmə
mərhələsi çərçivəsində İrlandiya Respublikası ilə səfər oyununda
birbaşa qırmızı vərəqə alıb.
Trend-in
məlumatına görə, matçın 61-ci dəqiqəsində Ronaldo rəqib müdafiəçisi
Dara O’Şiyə dirsəklə zərbə endirdiyi üçün meydandan qovulub. Hadisə
baş verdiyi anda İrlandiya yığması 2:0 hesabı ilə önündə idi.
Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisinin
üzvüdür.

