Bakı. Trend:
Qəzza zolağındakı İsrail qüvvələri girov götürülmən şəxsin
qalıqlarının olduğu daha bir tabutu təhvil alıb.
Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin
Netanyahunun mətbuat xidməti bildirib.
Məlumatına görə, bu proses Beynəlxalq Qırmızı Xaç Komitəsinin
vasitəçiliyi ilə həyata keçirilib.
Bildirilib ki, hərbçilər tezliklə tabutu İsrail ərazisinə
aparacaq və orada qalıqların kimliyi müəyyən ediləcək.

