Bakı. Trend:
Türkiyə Futbol Federasiyası (TFF) qanunsuz mərc oyunlarında
iştiraka görə 102 futbolçunu diskvalifikasiya edib.
Trend bu barədə
TFF-nin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər
verir.
Məlumata görə, diskvalifikasiya müddətləri 45 gündən 1 ilə qədər
dəyişir. Futboldan 12 aylıq müddətə uzaqlaşdırılan oyunçular
arasında tanınmışlardan – qapıçılar Əli Şaşal Vural (“Sivasspor”),
Orkun Özdemir (“Boluspor”), yarımmüdafiəçi Oktay Aldın (“Amed”),
müdafiəçi Abdülsamed Burak (“Kayserispor”) və senegallı hücumçu
Alassan Nado (“Konyaspor”) yer alır.

