
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 536,5 milyon manat təşkil edib.
“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ödənişli xidmətlərdən daxilolmalar proqnozdan 27,8 % az icra edilib.
Bundan başqa, 10 ay ərzində büdcəyə sair daxilolmalar isə 614,8 milyon manat olub ki, bu da proqnozdan 34 % çoxdur.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


