Avropa İttifaqı “ERA” proqramı çərçivəsində Ukraynaya son maliyyə tranşını köçürüb

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı “ERA” proqramı çərçivəsində Ukraynaya son
maliyyə tranşını həyata keçirib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu proqram Rusiya Mərkəzi Bankının
dondurulmuş aktivlərinin gəlirlərindən maliyyələşdirilirdi.

Bu barədə avrokomissar Valdis Dombrovskis öz rəsmi “X”
səhifəsində məlumat verib.




“Bu gün Ukraynaya ödənilən 4,1 milyard avroluq məbləğlə, Avropa
İttifaqının “ERA” kredit təşəbbüsünə 18,1 milyard avroluq töhfəsi
tamamlanmış oldu. Rusiya aktivlərinin dondurulmuş gəlirlərindən
maliyyələşdirilən bu təşəbbüs Ukraynaya özünü müdafiə etməyə,
xidmətlərin fəaliyyətini dəstəkləməyə və vacib islahatları irəli
aparmağa kömək edir”, – deyə o yazıb.

“Resilience Activity” (ERA) layihəsi ABŞ-nin Beynəlxalq İnkişaf
Agentliyi (USAID) tərəfindən maliyyələşdirilmiş və Ukraynanın
iqtisadi dayanıqlığını dəstəkləməyə yönəlmişdi. Donald Trampın
hakimiyyətə gəlməsindən sonra “USAID” fəaliyyətini dayandırdı və
proqramları Dövlət Departamentinin nəzarətinə verildi.