Azad edilmiş bu ərazilərin xarici su təchizatı ilə bağlı 7 milyon manatlıq LAYİHƏ

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində mərhələli şəkildə
bərpa-quruculuq, yenidənqurma işləri davam etdirilməkdədir.

Trend-in
dövlət satınalmalarının vahid internet portalına istinadən
məlumatına görə, bu işlərin davamı kimi Xankəndi, Xocalı
şəhərlərinin və Əsgəran qəsəbəsinin xarici su təchizatı və tullantı
su şəbəkə və qurğularının tikintisi işləri aparılacaq.

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla
bağlı bir müddət əvvəl başladığı müvafiq işləri yekunlaşdırıb.




Qurum sözügedən işlərin icrasını “Ramco” Qapalı Səhmdar
Cəmiyyətinə (QSC) həvalöə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, QSC-yə 6.889 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu “Ramco” QSC 2010-cu ildə
dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan
şirkətin qanuni təmsilçisi Abdullayev Rövşən Hüseyn oğludur.