Nəsiminin yeni icra başçısı kollektivə təqdim olundu

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nəsimi Rayon
İcra Hakimiyyətinin başçısı təyin olunan Elxan Oqtay oğlu İbrahimov
bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev
tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə
kollektivə təqdim olunub.

Trend xəbər verir ki,
təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq
və tövsiyələrini çatdırıb.




Elxan İbrahimov ona göstərilən etimada görə minnətdarlıq
edib.