
Futbol üzrə İslandiya millisi Azərbaycan yığması ilə oyunda yaxşı nəticə qazanmağa məcburdur.
“Report”un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Arnar Qunnlauqsson mətbuat konfransında deyib.
Mütəxəssis Azərbaycan yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
“Komandamız üçün vacib görüşdür. Pley-off şanslarını saxlamaq üçün bu matçda nəticə qazanmağa məcburuq. İnanırıq ki, hər şey bizim üçün yaxşı olacaq”
Qeyd edək ki, Azərbaycan – İslandiya matçı sabah, 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


