
Bakı. Trend:
Bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas
prioritetlərdən biridir.
Trend xəbər
verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni
səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra
hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən bildirib.
“Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox
böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq
o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük
şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bunun müxtəlif səbəbləri
var”, – deyə dövlətimizin başçısı əlavə edib.


