Prezident İlham Əliyev: Bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb

Baş səhifə

Bakı. Trend:

Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar
ki, başa çatıb. Dövlət xətti ilə, dövlət investisiya proqramları
xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin
edilib.

Trend xəbər
verir ki, bu sözləri Prezident İlham Əliyev Naxçıvanda Prezidentin
yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra
hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı deyib: “Bir neçə regional inkişaf
proqramının icrası uğurla nəticələnib. Demək olar ki, əsas
infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün
bölgələrdə vəziyyət tam normallaşıb”.