Kiprdə güclü zəlzələ olub

Baş səhifə

Bakı. Trend:

Kiprdə 5,2 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir
ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.

Mərkəzin məlumatına əsasən, zəlzələ yerli vaxtla 11:31-də (Bakı
vaxtı ilə 13:31-də) qeydə alınıb.




Zəlzələnin episentri 200 minə yaxın əhalisi olan Limasol
şəhərindən 48 kilometr qərbdə baş verib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.