
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun 21 noyabr tarixində Yevlax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi dəyişdirilib.
Bu barədə “APA-Economics”ə ADSEA-dan bildirilib.
Məlumata görə, vətəndaş qəbulunun tarixi 28 noyabr tarixinə keçirilib.
Vətəndaş qəbulu Yevlax rayonunda Yevlax rayonu və Mingəçevir şəhərinin sakinləri üçün nəzərdə tutulub.


