Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Bu ilin noyabrın 17-21-də quş qripi xəstəliyinə qarşı növbəti
epizootoloji monitorinq keçiriləcək.

Trend
xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi
(AQTA) məlumat yayıb.




Bilidirilib ki, monitorinq zamanı risk əsasında müəyyən olunmuş
ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq,
dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə
yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik
törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və
bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o
cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə
təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr
götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su
hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma
və qaydalarına əməl olunması üçün məqsədyönlü
maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və
epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

Monitorinqlər çərçivəsində epizootoloji vəziyyət və götürülmüş
nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil
ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin İnstitutun
Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələri aparılacaq.