
Bakı. Trend:
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr
Departamentinin rəhbəri Burhanettin Duran Gürcüstan-Azərbaycan
sərhədində qəzaya uğrayan C130 hərbi yük təyyarəsi ilə bağlı
açıqlama verib.
Trend türk KİV-lərinə
istinadən xəbər verir ki, açıqlamada qəzadan dərhal sonra
axtarış-xilasetmə işlərinin başlanıldığı bildirilib.
Burhanettin Duran hadisə ilə bağlı ictimaiyyətin düzgün
məlumatlandırılması məqsədilə yalnız rəsmi qurumların
açıqlamalarına diqqət yetirilməsi və təsdiqlənməmiş məlumatların
paylaşılmamasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycandan havaya qalxan Türkiyəyə
məxsus C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində
qəzaya uğrayıb.


