
Bakı. Trend:
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat
Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 10-da polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 3 tüfəng aşkar edərək
götürüblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən
qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.

