Bakı. Trend:
ABŞ “Sezar Qanunu” çərçivəsində Suriyaya qarşı sanksiyaları
dayandırıb, lakin Rusiya və İrana qarşı sanksiyaları qüvvədə
saxlayıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi xəbər
verib.
Nazirlik bildirib ki, “Sezar Qanunu” çərçivəsində sanksiyaların
tətbiqi 180 gün müddətinə qismən dayandırılıb.” Müvafiq qərar ABŞ
dövlət katibi Marko Rubio tərəfindən qəbul edilib.
Qeyd edilib ki, bu, “Rusiya və İran hökumətləri ilə bağlı
müəyyən əməliyyatlara, malların, texnologiyanın, proqram
təminatının və xidmətlərin, eləcə də Rusiya və İran mənşəli
vəsaitlərin və maliyyələşdirmənin ötürülməsinə və ya təmin
edilməsinə” şamil edilmir.

